Qazax xalçaları
Xalçaçılıq Azərbaycanın qədim və ənənəvi sənət növlərindəndir.
Arxeoloji materiallara və yazılı mənbələrə əsasən burada
xalçaçılıqla hələ Tunc dövründən (e.ə. II minilliyin sonu - I
minilliyin əvvəllərində) məşğul olmuşlar. Min illiklər ərzində
Azərbaycanda, müxtəlif bölgələrdə toxunulan xalçaların
xüsusiyyətlərini əks etdirən, bir neçə xalçaçılıq mərkəzləri və
məktəbləri formalaşmışdır.
Qazax şəhəri və ətraf kəndləri əsrlər boyu Azərbaycanın xalçaçılıq
mərkəzlərindən biri olubdur. Müxtəlif naxış elementləri və
təsvirlərlə bəzədilən xovlu və xovsuz xalçalar Qazax məişətində
geniş istifadə edilir. Hələ keçən əsrin əvvəlində burada yaşayan hər
Azərbaycan ailəsi ildə 4-5 xalça toxuyardı. Cavan gəlinlərin
özlərinə cehizlik xalçalar toxuması isə buranın qədim el adət idi.
Orta əsrlərdə Qazax xalçaları Gəncə, Bərdə, Bakı, Tiflis
bazarlarında geniş yayılmışdı. Bu xalçalar başqa xalçalarından
nisbətən ucuz olsa da, öz möhkəmliyi ilə seçilirdilər. Orijinal
çeşnisinə görə Qazax xalçaları xarici alıcıları da cəlb edirdi və
hal-hazırda dünyanın bir çox tanınmış muzeylərində bu xalçalar öz
layiqli yerini tutub. Məsələn, XIV əsr Qazax xalçası Berlinin
incəsənət muzeyində, XVIII əsr xalçaları Nyu-Yorkun Metropoliten,
Ermitajda, Londonun Viktoriya və Albert muzeyində, Budapeştin
incəsənət muzeyində və başqalarında nümayiş olunurlar. Qazax
xalçalarının naxışları hələ orta əsrlərdə Avropa rəssamlarının
marağını cəlb etmişdir. Londonun Milli Qalereyasında saxlanılan
italyan rəssamı Karlo Krivelonun "Müjdə" (1486), alman rəssamı Hans
Holbeynin "Elçilər" (1533) əsərlərində bu xalçaların təsviri
verilmişdir.
Gəncə-Qazax xalçaçılıq məktəbinə daxil olan Qazax qrupu aşağıdakı
bölgələri əhatə edir:
Qazax. Xovlu xalçalardan burada “Qazax”, “Salahlı”, “Şıxlı”,
“Kəmərli”, “Dəmirçilər”, “Qaymaqlı”, “Göyçəli”, “Dağkəsəmən”,
“Öysüzlü”, xovsuz xalçalardan verni və zeli geniş yayılıb.
Borçalı. Burada “Borçalı”, “Qarayazı”, “Qaçağan”, “Qaraçöp”,
“Qaraqoyunlu” xalçalarını qeyd etmək olar. Borçalı xalçaları
Gürcüstan ərazisində toxunulur, lakin həm texniki, həm də çeşni
xüsusiyyətlərinə görə bu xalçalar tarixən Qazax qrupuna aiddir.
Göyçə. 1988-ci ilə qədər azərbaycanlıların tarixi yaşayış
məskəni olan Ermənistan ərazisində yerləşən Göyçə xalçaçılıq
mərkəzi də Qazax qrupuna daxildir. Göyçə xalçaçılıq mərkəzi
Bəmbak, Ləmbalı, Icevan, Qara-qoyunlu və Göyçə gölü (indiki
Sevan) ətrafındakı əraziləri əhatə edir.
Ey azad gün,
azad insan,
Doyunca iç bu bahardan!
Bizim xallı xalçalardan
Sər çinarlar kölgəsinə,
Alqış günəş ölkəsinə!
S.Vurğun |
Qazax xalçaları kiçik sıxlığı (1 kv.metrdə 60-150 min ilmə), hündür
xovlu (8-12 mm) olmaları ilə və möhkəmliyi ilə səciyyələnir. Qazax
xalçalarının əsas ornamental xüsusiyyətlərindən birini mərkəzi gölün
ətrafında geniş rəng fonunun yaradılması təşkil edir. Qırmızı, sarı,
yaşıl rənglədən daha çox istifadə olunur. Bu xalçalarda əfsanəvi
epik heyvanlar, simurq quşu və əjdahanın savaşı kimi ən qədim
motivlər əks olunub. Bəzək elementi kimi svastika geniş işlənilir.
Günəşi təmsil edən bu ornamentin min illərlə yaşı var.
Qazax
xalçaların nümunələri |
Qazax xalca qrupu.
"Qazax", I variant
image01 |
Qazax xalca qrupu.
"Qazax", II variant
image02 |
Qazax xalca qrupu.
"Qazax", III variant
image03 |
Qazax xalca qrupu.
"Qazax", IV variant
image04 |
Qazax xalca qrupu.
"Qazax", V variant
image05 |
Qazax xalca qrupu.
"Qazax", namazlıq
image06 |
Qazax xalca qrupu.
"Salahlı", namazlıq
image07 |
Qazax xalca qrupu.
"Salahlı"
image08 |
Qazax xalca qrupu.
"Şıxlı", I variant
image09 |
Qazax xalca qrupu.
"Şıxlı", II variant
image10 |
Qazax xalca qrupu.
"Şıxlı", III variant
image11 |
Qazax xalca qrupu.
"Kəmərli"
image12 |
Qazax xalca qrupu.
"Dəmirçilər"
image13 |
Qazax xalca qrupu.
"Qaymaqlı"
image14 |
Qazax xalca qrupu.
"Göyçəli"
image15 |
Qazax xalca qrupu.
"Dağkəsəmən", I variant
image16 |
Qazax xalca qrupu.
"Dağkəsəmən", II variant
image17 |
Qazax xalca qrupu.
"Oysüzlü"
image18 |
Qazax xalca qrupu.
"Qaçağan"
image19 |
Qazax xalca qrupu.
"Borçalı"
image20 |
|
Davam et >>>
|
|