Qazağa açılan pəncərə

Baş Səhifə     Mündəricat     Albom    Qonaq kitabı    Layihə

"Qazağı" rəqsi

Qazax öz xalq sənətkarları, aşıqları ilə tanılır. Xalq musiqiçilərinin yaratdığı döyüş ruhlu, zövq oxşayan, xalqın istək və arzularını ifadə edən musiqilər nəsillərdən nəsillərə keçərək öz əksini milli rəqslərimizdə tapıb. Qazax elində ən geniş yayılan rəqslərdən “Qazağı” rəqsidir.

“Qazağı” qədim Azərbaycan rəqslərindən biridir. Adından məlumdur ki, rəqs Qazax rayonunda yaranmışdır. Yarandığı yerdən uzaqlarda da məşhurdur. Olduqca yeyin hərəkətli rəqsdir. Coşqun ritmləri onu kişilərin ən sevimli rəqslərindən birinə çevirir. Belə fərz olur ki olunur ki, "Qazağı" döyüş rəqsidir. Onu yürüşə və hərbə gedəndə ifa edirlərmiş.

Rəqs çox versiyalara malikdir və müxtəlif alətlərdə səslənə bilir. Lakin 1936-cı ildə bəstəkar Üzeyir Hacıbəyov mahnı və rəqs ansamblı yaradarkən bir sıra mütəxəssislərin köməyi ilə bu rəqsi xoreoqrafik yönümündə işləyərək nota salınmışdır. Səhnə tamaşası kimi quruluşunda “Qazağı” onu böyük məharətlə oynamağı bacaran bir dəstə kişi tərəfindən ifa olunur. Rəqsdə düzümü rəngarəng və texniki cəhətdən mürəkkəb hərəkətlər çoxdur. Məişətdə, el şənliklərində bu rəqs solo qaydasında ifa olunur. Kişi rəqslərinin çoxunda olduğu kimi, hökmən sərrast hərəkətlər, daxili qüvvənin əzəməti tələb olunur və oynayanlardan hər biri öz qabiliyyətini, rəqsdə nəyə qadir olduğunu göstərməyə çalışır.