Qazağa açılan pəncərə

Baş Səhifə     Mündəricat     Albom    Qonaq kitabı    Layihə

Ümumi məlumat

Coğrafi mövqeyi - Qazax rayonu Azərbaycanın şimal-qərbində yerləşir. Gürcüstan Respublikası ilə 9 km, Ermənistan Respublikası ilə isə 168 km məsafədə həmsərhəddir.

Ərazisi - 701 kv.km

Əhalisi - 86 000 nəfər (2007 il)

Yaşayış məntəqələri - 1 şəhər (Qazax) və 34 kənd/qəsəbə: Xanlıqlar, Ağköynək, Qarapapaq, Daş Salahlı, Çaylı, Kommuna, Ürkməzli, Aşağı Salahlı, Orta Salahlı, Yuxarı Salahlı, Dəmirçilər, Alpout, Hüseynbəyli, Canallı, Kosalar, Qazaxbəyli, Aslanbəyli, Qaymaqlı, Kəmərli, Birinci Şıxlı, İkinci Şıxlı, Aşağı Əskipara, Yuxan Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı, Barxudarlı, Sofulu, Quşçu Ayrım, Məzəmli, Fərəhli, Cəfərli, Bala Cəfərli, Abbasbəyli, Omarağalı.

Hal-hazırda Aşağı Əskipara, Yuxan Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızıl Hacılı, Barxudarlı, Sofulu, Quşçu Ayrım kəndləri erməni işğalı altındadır.

Rayonun mərkəzi - Qazax şəhəri (41.10°N, 45.35°E). Şəhər statusunu 1909 ildə alıb. Əhalisi - 21 700 (2003). Bakı-Tbilisi və Ağstafa-Yerevan avtomobil magistralların qovşağında, Ağstafa çayının hər iki sahilində yerləşir. Bakıdan 464 km aralıdır.

Təbiət - Səthi əsasən düzənlikdir. Cənub hissəsi alçaq dağlıqdır (dəniz səviyyəsindən 300-800 metr yüksəklikdə yerləşir). Şimalda Qarayazı çöllüyü yerləşir. Rayonun mərkəzi hissəsindən Kür çayı keçir, İncəsu, Coğaz və Ağstafa çayları axır.

Təbii qazıntılar - Rayonda mərmər, tikinti daşı, əhəng daşı, sement istehsalı üçün xammal, gil, qum-xır və qurğuşun ehtiyatları mövcuddur.

İqlimi - mülayim qış və isti yay. Orta aylıq temperatur yanvarda 0-5оС, iyunda 18-25оС. Qış quraq keçir. İllik yağıntı 350-700 mm-dir.

İqtisadi xarakteristikası - Rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı və heyvandarlıq təşkil edir. Əhali əsasən taxılçılıq, üzümçülük və bostan-tərəvəzçiliyi ilə məşğul olur. Konserv zavodu, gil-mədən kombinatı, asfalt zavodu, ət kombinatı və şərab emalı zavodları rayon sənayesinin əsasını təşkil edir.

Telefon kodu - 279