Bu müdafiə istehkamı Qazax bölgəsinin simvolu sayılan Göyəzən
dağın ətəyində yerləşir. İstehkam dağın sıldırım hissəsinə
söykənərək yerli daşdan hörülmüş enli divarlara malikdir.
Qala divarında yeddi bürc vardır, ona görə də ona yeddibürclü
qala da deyirlər. Divarlı və bəzi bürcləri yaxşı
qalmışdır. Giriş hissəsi iki bürcün arasında cənub hissədə
yerləşmişdir. Qalanın içində müxtəlif təyinatlı tikili
qalıqları və su toplamaq üçün qurğular mövcuddur. Qalanın VIII əsrin ortalarında ərəblər, XIII
əsrdə isə monqollar tərəfindən tar-mar edildiyi söylənir.
Ətrafda qazıntı işləri aparılmışdır.
Kim bilir
neçədir dünyanın yaşı,
Tarixin nə qədər yaddaşı varmış.
Hər saxsı parçası, hər məzar daşı,
Nəsildən-nəsilə bir yadigardır.