Qədim məbəd Avey dağının cənub
zirvəsində yerləşir, qərb tərəfdən qədim yolu var. Məbədin
belə bir yerdə tikilməsi onun Alban memarlığının səciyyəvi
əlamətlərindən biri ilə bağlılığını bildirir. İki nefli
(otaqlı) məbəd yerli Avey daşından inşa edilib. Şimal
hissəsinin tavanı tağvari, güney hissəsinin tavanı isə
konusvari kümbəzlə tamamlanır. Aparılmış qazıntılardan əldə
edilən materiallara əsasən məbəd V-VII əsrlərdə Qafqaz
Albaniyası dövlətinin dövründə tikilib. Məbədin həyətində
qəbirlər aşkar
edilmişdir. Qəbirlərin sinə daşları albanlara xas olan üslubda
naxışlanmışdır. Daşlarının birinin üstündə emblem kimi
albanlara məxsus lotos gülü və onun yuxarı künclərində günəş
simvolu olaraq içərisi 8 hissəyə ayrılmış rozetka
qazılmışdır.