Məşhur Azərbaycan şairi Səməd Vurğun
Damcılını dünyanın 8-ci, Azərbaycanın 1-ci möcüzəsi adlandırıb.
Bura Qazax rayonun əsas istirahət yeri, piknik mərkəzidir. Elə ki yay
gəlir bütün Qazax camaatı sərinləmək üçün buraya üz tutur.
Qonaqlarına da buranı mütləq göstərirlər. Avey dağının
aşağısında yerləşən Damcılı bulağı çox mənzərəli yerdə
yerləşir. Təbii çatlardan süzülən su damcılarına görə
damcılı adlandırılmışdır. Ümumi hündürlüyü min metrə çatan
nəhəng qayalardan süzülən saf və duru, buz kimi soyuq su
damcı-damcı tökülür, aşağıdakı ovucda yığılıb bulaq olur.
|
 |