Coğaz çayının sol
sahilində, Yuxarı Əskipara kəndində qədim alban məbədi
yerləşir. Qapılarının başında alban xaçı var; sütunlarında
nəbati və balıq şəkillərdən bəzək elementləri görünür.
Suriya üslubunda V-VIII əsrlərdə inşa edilib. Həyətində
yazılı qəbir daşları olub. Bu daşlardan birinin üstündə
qarqarca yazılıbmış: "Yurdumuzu tərk etmədik, qriqorianlara
əyilmədik, qırıldıq...".
Hal-hazırda məbəd erməni işğalı
altındadır.
|