Qoşa günbəzli hamam Qazax şəhərin
mərkəzində, məscidin qarşısında yerləşir. Hamamı Qıraq
Kəsəmən kəndinin sakini, Qazax diyarında tanınmış sahibkar
İsrafil Ağa Kərbəlayev XIX əsrin axırlarında tikdirib, buna
görə də hamam onun adı ilə tanılır. Bina memar Müzəffər
Hüseynovun layihəsi əsasında qırmızı kərpicdən kirəclə hörülüb. Hamamın ümumi
zalı, otaqları, diqqət çəkən hovuzu və çayxanası var. Böyük
ölçülü (30m x 20m) hamamın plan quruluşu iki hissəyə
bölünür: ənənəvi Azərbaycan və Şərq hamamlarına xas olan
dəhliz ilə birləşən iki günbəzli hissə və kabinələrdən
ibarət hissə. Hamamın küçəyə çıxan hissəsində kiçik dükanlar
yerləşir. Plan quruluşuna görə Şərq və Avropa tələblərini
özündə cəmləşdirən bu tikili tipinə Azərbaycanın digər
bölgələrində rast gəlinmir.
|
 |