Hacı Mahmud əfəndinin yaşayış evi
Aslanbəyli kəndinin qərb qurtaracağında yerləşir. Bu ev
qonşuluqdakı müsafirxana
(qonaq evi) və məscid ilə birlikdə vahid bir kompleks təşkil
edir. Yerli daşdan tikilən bina XIX yüzilliyin imkanlı kənd
sakinlərin mülkləri üçün səciyyəvi olan bir görkəmə
malikdir.
Soykökü Aslanbəylidən olan Hacı
Mahmud əfəndi 150 il əvvəl Türkiyədə dini təhsilini başa
vurandan sonra doğma yurda qayıtmışdır. Öz kəndində əsl din
adamı kimi tanınır. O camaatın mənəvi atası, müəllimi, həm
də himayədarı olmuşdur. Hacı Mahmud əfəndi Türkiyənin Amasiya şəhərində ustadı və mürşidi Seyyid Nigarinin qəbri
üstündə böyük bir məscid tikdirmişdir. Məscid indi də durur
və onun üzərində Hacı Mahmud əfəndi tərəfindən tikdirilməsi
haqqında lövhə vurulub. Hacı Mahmud əfəndinin nüfuzundan
ehtiyatlanan çar hökuməti onu Şeyx Şamilin dəstəkləməsində
günahlandırıb qazamata salır. Xeyli qazamatda saxladıqdan
sonra xalqın mənəvi atasını azad etməyə məcbur olur.
Ölümündən sonra Aslanbəylidə dəfn olunan Hacı Mahmud
əfəndinin türbəsi əsl ziyarətgaha çevrilib.
|