Aslanbəyli kəndindəki məscid 1909-cu
ildə kənd camaatı tərəfindən inşa edilib. Binanın sağ
küncündə yuxarıya doğru ensizləşən və son illərdə tikilmiş
minarə vardır. Məscidin daxili hissəsi böyük ibadət zalından
ibarətdir. O öz növbəsində tən ortadan sütuna söykənən qoşa
tağla iki hissəyə bölünmüşdür.
Hacı Mahmud
əfəndinin xatirəsinə ucaldılan məscid onun adını daşıyır.
Sovet dövründə bir çox başqa dini məbədlər kimi bu məscidin
də fəaliyyəti dayandırılmışdır. Bina kənd klubuna
çevrilmişdi və bərbad hala düşmüşdür. Yalnız Azərbaycanın
müstəqilliyi dövründə kənd sakinlərinin hesabına məscid
bərpa olundu və ibadət yeri kimi yenidən fəaliyyətə başladı.
|