Qazağa açılan pəncərə

Baş Səhifə     Mündəricat     Albom    Qonaq kitabı    Layihə

Hürmələk təpəsi

Yuxarı Salahlı-Aslanbəyli yolun qırağında bir təpə yerləşir. Bu təpə XİX əsrdə yaşamış Hürmələk nənənin adı ilə tanılır.

Müqəddəs adətinə bir dəfə də olsun naxələflik etməyən Hürmələk nənə hər cümə günü Aslanbəyli kəndinə gedib cümə namazlarını Hacı Mahmud Əfəndi həzrətlərinin evində qılar, bu ulu Övlüyanın camalından nur payını götürərdi. Günorta namazını isə həmişə olduğu kimi həmin təpənin üstündə qılıb Salahlıya - evlərinə tələsərdi. Bir gün namaz üstündə dünyasını dəyişən Hürmələk nənə elə bu təpədə torpağa tapşırılmışdır. Buna görə də camaat həmin təpəni "Hürmələk təpəsi" adlandırmışdır.

Uzun illər ötüşdü, tək məzar adlanan həmin yer ocaq yerinə cevrildi. Kimi ehsanat kimi həmin məzarın ətrafını hördurdü, kimi başdaşı qoydu, kimi isə məzarı ziyarət etmək üçün təpənin üstünə qədər pilləkən saldırdı. Hər yoldan keçən təpənin qarşısında ayaq saxlayır, Allahdan Hürmələk nənəyə rəhmət diləyir.