Bu məbəd kompleksi Yuxarı Əskipara kəndində, Coğaz
çayının sağ sahilində yerləşir. Bəzi fərziyyələrə əsasən
bura Qafqaz Albaniyası hökmdarlarının iqamətgahlarından biri
olmuşdur. Kompleks təxminən 2,5 ha ərazidə yerləşərək ikiqat
divarla əhatə olunmuşdur. Divarlar arasında məsafə təxminən
12 m-ə yaxındır. Divarlar yerin relyefi ilə uzlaşdırılaraq
strateji baxımdan çox mükəmməl bir tərzdə həll olunmuşdur.
Qalanın daxili hissəsində dini, xidməti və təsərrüfat
təyinatlı tikililər ucaldılmışdır. Bunların içində ən
önəmlisi qalanın yuxarı hissəsində yerləşən məbəddir.
Məbədin tikintisində 21 x 21 x 57 sm ölçülü bişmiş kərpicdən
və yerli daşdan istifadə olunmuşdur. 1970-ci illərdə bu
kompleksdə tədqiqat işləri aparılan zaman artıq məbəd və
kompleksin bir çox hissəsi itirilmişdir. Alimlərin qənaətinə
görə kompleksin ucaldılma tarixi VI-IX əsrlərə təsadüf
olunur.
Hal-hazırda abidə ermənilərin işğal etdikləri
ərazidə yerləşir. |