Qazax Dövlət Rəsm Qalereyası Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 13 fevral
1986-cı il tarixli əmrinə əsasən yaradılmışdır. Qalereyanın sahəsi 490 kv.m-dir.
O, bina, foye, iş otağı, fond otağı, sərgi salonundan ibarətdir.
Muzeydə cəmi 373 eksponat var. 288 şəkil, 35 heykəltəraşlıq nümunələri, 4 qobelen, 8 ədəd çekankada Azərbaycan miniatürləri,
görkəmli alimlərin, şair-ədiblərin fotoşəkilləri, açıqcalar, qəzet və jurnallar qalereyanı zənginləşdirən eksponatlardır.
Sərgi salonunda 62 eksponat nümayiş edilir. Bunlardan 30 respublika rəssamların işləridir,
qalan 32 eksponat yerli rəssamların əməyinin məhsuludur.
2005-ci və 2008-ci illərdə qalereya əsaslı təmir olunmuş, tamamilə simasını dəyişib əhalinin ixtiyarına verilmişdir.
2008-ci ildə respublika Prezidenti İlham Əliyev Qazax rayonunda olarkən bu qalereyanın işi ilə yaxından tanış olmuşdur.
|
 |