Qazağa açılan pəncərə

Baş Səhifə     Mündəricat     Albom    Qonaq kitabı    Layihə

Qazax seminariyası

Azərbaycanda birinci müəllimlər seminariyası Qazaxda açılıb. 1918 ildə Firudin bəy Köçərli Qori seminariyasının Azərbaycan şöbəsini buraya köçürəndə böyük çətinliklərlə qarşılaşır. Bakıda qarışıqlıq olduğundan qatar Ağstafa stansiyasında dayanmalı olur. Bir neçə gün keçir. Qərara alınır ki, Bakıda vəziyyət stabilləşənə qədər seminariya Qazaxda fəaliyyət göstərsin. Amma harada? Köçərlinin xanımı Badisəba xanım Vəkilova Qazağa gəlir, el-obasına baş çəkir və vəziyyəti danışır. Problemdən xəbər tutan Kosalar kəndinin sakini Məşədi İbrahim qərara alır ki, öz ikimərtəbəli qırmızı kərpicdən 1910-cu ildə tikilmiş mülkünü təmənnasız seminariya versin. Ümumiyyətlə, Məşədi İbrahim öz zəhməti ilə varlanmış, səhərdə bir neçə bina və karvansara sahibi idi, və əldə etdiyi pulun çoxunu mədrəsə və məscidlərə verər, imkansızlara paylayarmış.

Qazax müəllimlər seminariyası bu binada yerləşir və fəaliyyətə başlayır. Seminariya Azərbaycan üçün, eləcə də Gürcüstan və Ermənistanda yaşayan soydaşlarımız üçün elm ocağı olur, 1959-cu ilədək 3000-ə qədər kadr yetişdirir. Seminariyanın binasında məşhur "Dəli Kür" (1969) filminin bəzi səhnələri çəkilib. İndi seminariya binasında 4 nömrəli orta ümumtəhsil məktəbi fəaliyyət göstərir.