Qazağa açılan pəncərə

Baş Səhifə     Mündəricat     Albom    Qonaq kitabı    Layihə

Qazax Tarix-Diyarşünaslıq Muzeyi

1984-cü ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Qazax Tarix-Diyarşünaslıq Muzeyi yaradılması haqqında sərəncam verilmişdir və 1986-cı ilin mart ayında, Novruz bayramı ərəfəsində Tarix-Diyarşünaslıq Muzeyin açılışı olmuşdur.

Binanın ümumi sahəsi 579 kv.m-dir.
Ekspozisiya sərgi salonunun sahəsi - 409 kv.m-dir.
Fondun sahəsi 12 kv.m-dir.
Eksponatların sayı 2450-dir.
İşçilərin sayı 14 nəfər.

Muzeydə olan eksponatlar antik dövrdən tutmuş son dövrədək böyük bir tarixi dövrü əhatə edir. Milli-mənəvi dəyərlərimizi əks etdirən eksponatlar muzeyə gələn ziyarətçiləri heyran edir, rayonun tarixi haqqında geniş məlumat verir.