Qazağa açılan pəncərə

Baş Səhifə     Mündəricat     Albom    Qonaq kitabı    Layihə

Qazax rayonunun turizm-ekskursiya marşrutları

Qazax rayonunda dörd istiqamət üzrə turizm-ekskursiya marşrutları təklif edilir.

1-ci marşrut - Qazax şəhəri üzrədir. Tarixdiyarşünaslıq muzeyi, Qazax Dövlət Rəsm Qalereyası, M.P.Vaqif və M.V.Vidadinin xatirə muzeyi, Cümə məscidi, (tarixi memarlıq abidəsi), İsrafilağa hamamı (tarixi memarlıq abidəsi), Seminariya (tarixi abidəsi), Mütəfəkkirlər parkı, İsmayıl Şıxlının heykəli, 20 yanvar şəhidlər xiyabanı, ana və uşaqların əylənmələri üçün park, Heydər parkı və Heydər Əliyev Elm Mərkəzi, Böyük Vətən müharibəsində həlak olmuş həmvətənlərimizin xatirə abidələri, Olimpiya kompleksi, Dədə Qorqud monumental abidə kompleksi, Dilboz atın heykəli, İdman Sağlamlıq kompleksi.

2-ci marşurut - Qırmızı körpü istiqaməti üzrədir. S.Vurğunun poeziya evi (monumental xatirə, Yuxarı Salahlı), M.P.Vaqifin 1947-ci ildə qoyulmuş heykəli (Yuxarı Salahlı), Hacı Mahmud əfəndinin türbəsi (Aslanbəyli), Hacı Mahmud əfəndinin yaşadığı evi və Məscid (Aslanbəyli), M.V.Vidadinin qəbirüstü abidəsi (Birinci Şıxlı), İtaliyanın Milli qəhrəmanı Tahir İsayevin ev muzeyi (Birinci Şıxlı), Qırmızı Körpü (XII əsr tarixi memarlıq abidəsi, İikinci Şıxlı).

3-cü marşrut Qazax - Ağköynək - Xanlıqlar istiqaməti üzrədir. Nohur - bulağı (Ağköynək), Vəlixan meşəsi, Ağstafa çay su anbarı (Cəfərli), Kar qaya, Didivan qülləsi (tarixi memarlıq abidəsi - VI-VII əsrlər), Bayram bulağı, Babadərviş yaşayış məskəni, Türbə memarlıq abidəsi (XIX əsr), Qədim yaşayış yeri (arxeoloji abidə - orta əsrlər, Xanlıqlar).

4-cü marşrut Qazax - Daş Salahlı - Abbasbəyli istiqaməti üzrədir. Damcılı bulağı, Təbiət abidəsi, Damcılı məbədi, Mağara (arxeoloji abidə - antik dövr), Məmmədkoxa bulağı (arxeoloji abidə, VI - V əsrlər), Koroğlu məbədi, Alban məbədi (memarlıq abidəsi, VI - V əsrlər), Daş su anbar (arxeoloji abidə - antik dövr), Su hovuzu (arxeoloji abidə - antik dövr, Daş Salahlı), Coğaz gölü, Yaşayış məskəni (arxeoloji abidə - orta əsrlər), Göyəzən dağı, Göyəzən qalası (XIV əsr), Daş at fiquru (Abbasbəyli).