Qazağa açılan pəncərə

Baş Səhifə     Mündəricat     Albom    Qonaq kitabı    Layihə

Hacıkərim Sanılı (1878 - 1937)

Hacıkərim Hüseyn oğlu Sanıyev – şair, pedaqoq, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

1978-ci ilin baharında Azərbaycanın Qazax mahalının Çaylı kəndində anadan olmuşdur. Zaqafqaziya (Qori) müəllimlər institutunu bitirmişdir (1893-1898).

Xaçmaz kəndində müəllim və məktəb nəzarətçisi (1898-1902), Yelizavetpol (Gəncə) rus-tatar məktəbində müəllim (1902-1904), Qazax mahalında müəllim (1902-1910) işləmişdir.

«Kəndimiz və aran köçü» (1927), «Namus davası» (1927), «Dəli oküz» (1927), «Turut qaçaqları» (1955) və s. kitabların müəllifi olmuşdur.

Repressiya dövründə həbs olunub güllələnməyə məhkum edilmişdir.