Qazağa açılan pəncərə

Baş Səhifə     Mündəricat     Albom    Qonaq kitabı    Layihə

Molla Pənah Vaqif (1717-1797)

Molla Pənah Vaqif 1717-ci ildə Qazax mahalının Qıraq Salahlı kəndində anadan olmuşdur. Atası Mehdi ağa mahalın nüfuzlu, müasir düşüncəli adamlarından biri idi. Pənah yaxşı təhsil görmüşdü. O, fars və ərəb dillərində yaxşı danışır, astronomiya, riyaziyyat, arxitektura, musiqi və poetika üzrə geniş biliyə malik idi. O, Qazaxda tanınmış alim və pedaqoq Şəfi əfəndinin yanında oxumuşdu. Bəzi salnaməçilər belə hesab edirlər ki, sonrakı təhsilini Gəncədə və yaxud Təbrizdə alıb. Orası da məlumdur ki, Vaqif təhsilini başa vurduqdan sonra əvvəlcə Qazaxda, sonra isə Qarabağda məscid nəzdində fəaliyyət göstərən mədrəsədə dərs demiş və elə burada da Molla Pənah adını almışdır. Bu zaman onun alimliyi haqında xəbərlər Molla Pənahın vətəninin hüdudlarından çox-çox uzaqlara yayılır. Hətta xalq arasında belə bir məsəl də yaranır: "Hər oxuyan Molla Pənah olmaz."

"Hər oxuyan Molla Pənah olmaz" kəlamı da göstərir ki, Vaqif xalq arasında çox tezliklə görkəmli elm adamı kimi məşhurlaşmış, sayılıb seçilmişdir. Dövrün böyük sənətkarı Molla Vəli Vidadi ilə yaxınlığı mütəfəkkir şairin həyatında, yaradıcılığında xüsusi rol oynamışdı. Məhəmməd bəy Cavanşir 1797-ci ildə Vaqifi oğlu Əli ağa birlikdə edam etdir.