Qazağa açılan pəncərə

Baş Səhifə     Mündəricat     Albom    Qonaq kitabı    Layihə

Osman Sarıvəlli (1905-1990)

Osman Sarıvəlli (Osman Abdulla oğlu Qurbanov) 1905-ci il dekabrın 17-də Qazax rayonunun Şıxlı (Sarıvəlli) kəndində anadan olmuşdur. Orta təhsilini Qazax Müəllimlər Seminariyasında aldıqdan bir müddət sonra bir müddət Göyçay rayonunun Qaraməryəm və Bağır-kənd məktəblərində müəllim işləmişdir. Təhsilini artırmaq məqsədilə Moskvaya getmiş və burada Dövlət Universitetinin filologiya fakültəsində oxumuşdur. 1937-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü idi. Bakı Pedaqoji texnikumunda müəllim (1932-1935), Bakı Teatr texnikumunda müdir (1939-1940), Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda müdir müavini, «Ədəbiyyat qəzeti»nin redaktoru, "Uşaqgəncnəşrdə" redaktor, Azərbaycan Yazıçılar İttifaqında şer üzrə məsləhətçi vəzifələrində işləmişdir.

Osman Sarıvəlli ədəbi yaradıcılığına 1928-ci ildə başlamışdır. Həmin ildə "Gənc işçi" qəzetində "Ayaqsız" adlı ilk şeri çap olunmuşdur. Osman Sarıvəllinin "Dəmir sətirlərim" adlanan birinci kitabı 1934-cü ildə çap olunmuşdur.

1990-cı il iyulun 3-də vəfat etmişdir.