Qazağa açılan pəncərə

Baş Səhifə     Mündəricat     Albom    Qonaq kitabı    Layihə

Səməd İsmayıl oğlu Seyidov (1964)

Səməd İsmayıl oğlu Seyidov 1964-cü il yanvarın 18-də Bakı şəhərində anadan olmuşdur. Leninqrad Dövlət Universitetinin psixologiya fakültəsini bitirmişdir. Psixologiya elmləri doktoru, professordur. Beynəlxalq Psixoloqlar Assosiasiyasının üzvüdür.

1986-cı ildən Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda laborant, baş laborant, müəllim, baş müəllim, tədris işləri üzrə prorektor vəzifələrində çalışmışdır. 2000-ci ildən Azərbaycan Dövlət Dillər Universitetinin rektorudur.

İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədridir. Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Amerika Birləşmiş Ştatları, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.

Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəridir.

Evlidir, 2 övladı var.