Qazağa açılan pəncərə

Baş Səhifə     Mündəricat     Albom    Qonaq kitabı    Layihə

Yusif Səmədoğlu (1935 - 1998)

Yusif Səmədoğlu (Yusif Səməd oğlu Vəkilov) - nasir, 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan komsomolu mükafatı laureatı (1970), Azərbaycanın Əməkdar İncəsənət xadimi (1980), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990).

Yusif Səmədoğlu 1935-ci il dekabrın 25-də Bakı şəhərində Azərbaycanın xalq şairi Səməd Vurğunun ailəsində anadan olmuşdur. Moskvada Yazıçılar İttifaqı nəzdində olan M.Qorki adına Ədəbiyyat institutuna daxil olmuşdur (1953). Həmin İnstitutun IV kursundan ADU-nun filologiya fakültəsinin beşinci kursuna dəyişilmişdir (1957-1958). «Azərbaycan» jurnalı redaksiyasında ədəbi işçi, nəsr şöbəsinin müdiri (1960-1965), C.Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasında kinostudiyanın ssenari redaksiya heyətinin üzvü (1965-1969), baş redaktoru, «Azərbaycanfilm» kinostudiyasının direktor müavini (1969-1976), «Ulduz jurnalının baş redaktoru (1976-1987), «Azərbaycan» jurnalının baş redaktoru (1987-ci ildən) vəzifələrində işləmişdir. Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə (nəsr üzrə katib) seçilmişdir (1991).

«220 saylı otaq» (1960), «Qalaktika» (1973), «Qətl günü» (1987) kitablarının müəllifi olmuşdur.

1998-ci il avqustun 17-də vəfat etmişdir.