Current page / Текущая страница: 1 |
| | 1 | 2 | 3 | 4 | 5 | | |
Rustam Qaibov | leloup777@gmail.com |
Hormetli Faiq Bey. Sizin saytiniza baxtim. Qazax.net Cox qozel sayt. Orda menim ulu babam da var, Abbas Aga Nazir Qayibzade. Mən onun bir kitabini tapmişam (108 yaşi var) Kitabi sayta goymaq olarmi? P.S. Mən Rus dilliyem, ona görə pis yaziram Azeri dilində, məni baqişliyin. Hormetle : Rustam Nazir Qayibov | |
31.08.2020 в 06:30:12 Message ID 36 | |
Parviz Zulfikar | e-mail: N/A |
Salamlar olsun üzərinizə. Bu saytla tanış olduqda əməyinizi qiymətləndirməyi özümə borc bildim. Təşəkkür edirəm! Elçin Mustafayevin təklifi ilə razıyam. Məqalənizə (saytınıza) tək indiki Qazax rayonu (əhatə edən ərazilər) ilə deyil, Qazax sultanlığı dövründə, habelə daha qədim zamanlarda Qazax adı altında tanınan ərazilər barədə tarixi faktlar da daxil olsa əhatəli görünərdi. Həmçinin internetdə yerləşdirilmiş yeni məqalələr də mövcuddur, onlardan da istifadə etmək üçün linkləri burada paylaşıram: http://goyezen.az/http://goyezen.az/medeniyyet/74-rayonumuzu-tanyaq.html https://az.wikipedia.org/wiki/%C5%9E%C9%99m%C5%9F%C9%99dil_(mahal) və s. | |
30.12.2018 в 22:29:52 Message ID 35 | |
ELCHIN MUSTAFAYEV | a.xelilov@rambler.ru |
Faiq müəllim salam. Belə bir sayt yaratdığınıza görə sizə təşəkkür edirəm. Sayt haqqında məlumatı Qazaxlı dostlarımızdan aldım və sayt öz dolğunluğu ilə xoşuma gəldi. Bununla yanaşı saytı daha oxunaqlı etmək üçün sizə bəzi təkliflərimi vermək istıyirəm. Belə ki, mən Ağstafa rayonunda yaşamağıma baxmayaraq Ağstafa rayonunu Qazax mahalı hesab etmişəm və özümü həmişə qazaxlı sayıram. Belə ki, Ağstafa rayonunun ərazisi tarixən Qazax rayonu sayılıb. Odur ki, saytın əhatə dairəsini genişləndirməniz tarixi ədalətlilik baxımından daha düzgün olardı. Belə ki, məsələn, saytın giriş səhifəsində adını "Qazax mahalı" qoyaraq orada tarıxən Qazağa aid olan müasir Ağstafa rayonu haqqında məlumatları da daxil edməyiniz bu baxımdan bir çox həmyerlilərimizin bu məsələyə bxışını əks etdirmiş olardı. Bir daha yaratdığınız sayta görə təçəkkür edirəm. Админ: Çox yaxşı teklifdi. Sadece olaraq a) Ağstafa rayonu haqqında kifayyet qeder material toplamamışam, b) başım başqa layihelere qarışıb ![]() | |
23.09.2018 в 14:04:00 Message ID 34 | |
Qurban Aslan | leofranko@box.az |
Qazaxdı Hər ürəkdə məskən salıb sadəcə Bu vətənin sazı-sözü Qazaxdı. Bu torpaqdan ilham alan hər kəsin, Vuran qəlbi, görən gözü Qazaxdı. Saflığıyla əlac olar çox dərdə Qəm - qüssəni unudarsan o yerdə O, baş əyməz nə iblisə, namərdə İgidliyin əsl üzü Qazaxdı. O qazanar məğlub olmaz sonunda Bir məğrurluq, bir cəsarət var onda Şairlərə yer göstərdi qoynunda, Poeziyanın elə özü Qazaxdı Bura gəlsən çox gözəllik görərsən Gözəlliyi sən, o zaman bilərsən Qurban Aslan, gəl ayrılma deyərsən Ürəyimin yanar közü Qazaxdı Qurban Aslan | |
25.07.2018 в 13:17:34 Message ID 33 | |
Sevinc Inceli | sevincinceli@gmail.com |
AY İNCƏDƏRƏM ! Qoynunda məclisim xoş keçir hər an, Xoş günlər keçəsən, ay İncədərəm, Aman verin xəbər alım sazından, Şirin söz biçəsən, ay İncədərəm! Hər kəndinin bir dastanlıq sözü var, Hər odunun doğma, yanar közü var, Unutma, uzaqda ellər qızı var, Mənəm sənçün əsən, ay İncədərəm! Dolandım başına inan ki, xeyli, Sənə baxan varmı, bəs yad nəzərli? Kəmərli, Qaymaqlı, baş Aslanbəyli, Könül oxşar desəm, ay İncədərəm! Sazının, sözünün heyranıyam mən, Hər görüş anının xəyalısan sən, Nə olsun uzağam, aralıyam mən, Döyünən qəlbimsən, ay İncədərəm! İncəli qızıyam adımda Sevinc, İstə bu canımı verim qurban seç, İnandın sən mənə, qəlbin olsun dinc, Mənəm candan keçən, ay İncədərəm! SEVİNC İNCƏLİ | |
05.02.2018 в 04:49:29 Message ID 32 | |
Amil Xatınov | Mr.shahidsoy@mail.ru |
Cox gozel saytdir ellerinize saliq amma melumatlari mutemadi olaraq yenilemenizi hetta gundelik xeberler bolmesi acmanizi sizlere tovsiyye ederdim kim yaradibsa Allah can saligi versin | |
14.01.2018 в 19:06:17 Message ID 31 | |
zema | e-mail: N/A |
est li vi na facebook? | |
09.01.2018 в 09:17:48 Message ID 30 | |
Зема | geo.az@yahoo.com |
Добрый день. Спасибо за сайт. У меня есть фото студентов Казахской семинарии | |
09.01.2018 в 09:16:25 Message ID 29 | |
| | 1 | 2 | 3 | 4 | 5 | | | |
Current page / Текущая страница: 1 | Total messages / Всего: 36 |